Bank Of Baku

Lerikdə Qarabağ müharibısi əlilləri üçün tikilmiş yeni evlərin açılışı olub

Lerikdə Qarabağ müharibısi əlilləri üçün tikilmiş yeni evlərin açılışı olub
# 18 dekabr 2010 21:43 (UTC +04:00)
Lerik. Ağəddin Babayev – APA. Lerik rayonunun Pizəkücə, Orand və Bürsülüm kəndlərində Qarabağ müharibəsi əlilləri üçün tikilmiş 3 fərdi yaşayış evi istifadəyə verilib. APA-nın cənub bürosunun məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə inşa olunan bu evlərin açılış mərasimində rayonun icra strukturlarının və ƏƏSMN-nin nümayəndələri iştirak edib. ƏƏSMN-nin aparıcı mütəxəssisi Şəmşir Şıxəliyev çıxışında bu il respublika üzrə 715 nəfər Qarabağ müharibəsi əlil və şəhid ailəsinin yeni mənzillərlə təmin olunduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, istifadəyə verilən hər 3 fərdi yaşayış evi zəruri avadanlıq və inventarlarla təchiz olunub. İki otaq və mətbəxdən ibarət olan bu evlərdə müasir tipli istilik sistemi quraşdırılıb. Rayon İcra Hakimiyyəti adından ev sahiblərinə xalça hədiyyə edilib.
Mərasimdə o da bildirilib ki, hazırda Lerik rayonunun Hamarmeşə və Sinəbənd kəndlərində də Qarabağ müharibəsi əlilləri üçün yeni fərdi yaşayış evlərinin tikintisi aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR