Bank Of Baku

Əliabbas Bağırov: “Şaxta babaların paytaxtda görünməməsinin səbəbi havaların isti keçməsidir”

Əliabbas Bağırov: “Şaxta babaların paytaxtda görünməməsinin səbəbi havaların isti keçməsidir”
# 20 dekabr 2010 09:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Bakı şəhərində Yeni İl ərəfəsində Şaxta Baba işləmək istəyənlərdən müraciətlərin qəbulu dekabrın 25-də başa çatacaq. Bu barədə APA-ya Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov məlumat verib.

Onun sözlərinə görə, bu günədək Şaxta Baba fəaliyyəti göstərmək üçün Departamentə 18 şəxs tərəfindən müraciət daxil olub və onlardan 8-nə icazə verilib. Qalan şəxslərə isə icazənin yaxın günlərdə verilməsi planlaşdırılır. Şaxta Baba olmaq üçün (Şaxta Baba, Qar qızı və foto xidməti daxil) icazənin qiyməti 60 manatdır.

Departament rəsmisi Şaxta babaların paytaxtda hələ görünməməsini havaların isti keçməsi ilə əlaqələndirib: «Vaxt yaxınlaşır. Düşünürəm ki, onlar fəaliyyətə bu günlərdə başlayacaqlar».

Bu Yeni İldə paytaxtın baş Yeni İl yolkası Hökumət Evinin qarşısında qurulub.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti paytaxtın park və meydanlarında (Dənizkənarı Bulvar) istisna olunmaqla Şaxta Babaların xidmət göstərməsinə icazə verir. Dənizkənarı Bulvarda Şaxta babalara lisenziyanı Dənizkənarı Bulvar İdarəsi, tədbirlərə və karnavallara qatılan səyyar Şaxta babalara isə Mədəniyyət və Turizm Nazirliyi icazə verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR