Bank Of Baku

“Kommunal sektorda istehlakçı hüquqlarının müdafiəsinə yardım göstərilməsi” layihəsinin təqdimatı keçirilib

“Kommunal sektorda istehlakçı hüquqlarının müdafiəsinə yardım göstərilməsi” layihəsinin təqdimatı keçirilib
# 20 dekabr 2010 09:55 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi tərəfindən həyata keçirilən “Kommunal sektorda istehlakçı hüquqlarının müdafiəsinə yardım göstərilməsi” layihəsinin təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, şəbəkə barədə məlumat verən təşkilatın koordinatoru, Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, şəbəkə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və 23 QHT-ni birləşdirir və 2006-cı ilin martında təsis edilib.

Ə. Nuriyev layihə çərçivəsində bir sıra tədbirlərin keçiriləcəyini deyib: “Əhaliyə kommunal xidmətlər göstərilməsini tənzimləyən qanunvericiliyin analizi aparılacaq və istehlakçı hüquqularının daha etibarlı müdafiəsini təmin etmək üçün əlavə və dəyişikliklər hazırlanacaq. “Enerji təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nin yeni variantı hazırlanacaq, su təchizatı və təbii qaz təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında birtipli alqı-satqı müqaviləsi hazırlanacaq, elektron kommunal ödənişləri sistemi - Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (KÖMİS) necə fəaliyyət göstərdiyi və ölkə üzrə kommunal ödənişlərin hansı hissəsinin bu sistem vasitəsilə toplandığı araşdırılacaq. Bu sistemin bütün ölkə üzrə tətbiqi (poçt şöbələrində, banklar vasitəsilə) üçün təkliflər hazırlanacaq. “Smart-kart” tipli qaz və elektrik enerjisi sayğaclarının hansı sayda, hansı regionlarda, hansı qaydada quraşdırıldığı və onların necə işlədiyi araşdırılacaq və ölkə üzrə bu sayğacların tətbiqi ilə bağlı təkliflər hazırlanacaq. Qaynar xətt yaradılacaq və pulsuz hüquqi yardım göstəriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR