Bank Of Baku

Bakıda «Tələbə uyğun peşə təhsili və təlimi» mövzusunda seminar keçirilib

Bakıda «Tələbə uyğun peşə təhsili və təlimi» mövzusunda seminar keçirilib
# 20 dekabr 2010 09:59 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Beynəlxalq Əmək Təşkilatının (BƏT) Layiqli Əməyə Texniki Dəstək Qrupunun Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə nümayəndəliyi və Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Bakıda «Tələbə uyğun peşə təhsili və təlimi» mövzusunda seminar keçirilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən ƏƏSMN-in məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Vahab Məmmədov bildirib ki, peşə təhsilinin təşkilində «tələb tərəfi»nin ehtiyaclarının anlaşılması və planlaşdırılan təlimlərin əmək bazarındakı tələblə əlaqələndirilməsi zəruridir. BƏT-in məsləhətçisi Vladimir Qaskov peşə təhsili və təlimi sahəsində Təşkilatın siyasəti, həmçinin təhsil və tədrisin təşkilinin təhlili və planlaşdırılması ilə bağlı beynəlxalq təcrübə haqqında məlumat verib.

Azərbaycan hökuməti və Dünya Bankı ilə birgə həyata keçirilən «ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması Layihəsi» rəhbərinin müavini İlkin Nəzərov çıxışında peşə standartlarının və modul təlim proqramlarının hazırlanması prosesində mövcud əmək bazarı ilə bağlı tələb olunan məlumatlar barədə danışıb.

Tədbir çərçivəsində ilk peşə ixtisas təhsil müəssisələrinin əmək bazarı tələbinə uyğun təşkil edilməsi, işçi qüvvəsi haqqında sorğu-anketləri, təhsilli və bacarıqlı işçi qüvvəsinin tələblərinə dair məlumatların toplanması sahəsində məşğulluq sorğularının rolu, ixtisaslaşma, işçi qüvvəsinin təkmilləşdirilməsi və attestasiyasında sənaye sahələrinin rolu, təhsilli və bacarıqlı işçi qüvvəsi üçün əmək bazarının tələblərinə dair məlumatların toplanması metodları mövzularında çıxışlar dinlənilib, adıçəkilən mövzularla bağlı ətraflı müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR