Bank Of Baku

«Azercell» şirkəti «Onlar da hədiyyə gözləyirlər...» layihəsinə start verib

«Azercell» şirkəti «Onlar da hədiyyə gözləyirlər...» layihəsinə start verib
# 20 dekabr 2010 10:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti «Onlar da hədiyyə gözləyirlər...» layihəsinə start verib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bu il ilk dəfə uşaq evlərində keçirilən «Onlar da hədiyyə gözləyirlər...» layihəsinin unikallığı ondadır ki, istənilən şəxs bu uşaqların bayramına öz töhfəsini verə bilər. Belə ki, uşaqlar üçün nəzərdə tutulan hədiyyələr hazırda «Park Bulvar» alış-veriş mərkəzinin I və II mərtəbələrində yerləşdirilən 3 şam ağacından asılıb və ağacların üzərindəki hədiyyələr təsadüfən seçilməyib. Şirkət əməkdaşları uşaqların hər birindən istədiyi hədiyyəni öyrənib, onları ağacın üzərindəki rəngarəng yeni il oyuncaqlarının üzərinə yerləşdirib.

Laiyhə çərçivəsində istənilən şəxs bir və ya bir neçə hədiyyəni alıb onu arzulayan uşağın özünə təqdim edə bilər. Hədiyyələrin təqdim edilməsi üçün «Azercell»in dəstəyi ilə dekabrın 28-də «Landmark»ın Rotunda zalında bir neçə uşaq evinin sakinləri üçün yeni il şənliyi keçirəcək. Mərasimdə uşaqlara «Onlar da hədiyyə gözləyirlər...» layihəsi çərçivəsində arzuladıqları hədiyyələr paylanacaq.

Qeyd edək ki, «Onlar da hədiyyə gözləyirlər...» layihəsi dekabrın 26-dək keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR