Bank Of Baku

Azərbaycan Diplomatik Akademiyasında xaricdə təhsil alan fəlsəfə doktorlarının III illik seminarı başlayıb - FOTO

Azərbaycan Diplomatik Akademiyasında xaricdə təhsil alan fəlsəfə doktorlarının III illik seminarı başlayıb - <font color=red>FOTO</font>
# 20 dekabr 2010 10:53 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Diplomatik Akademiyası (ADA) xaricdə təhsil alan fəlsəfə doktorlarının üçüncü illik seminarı başlayıb. ADA-dan APA-ya verilən məlumata görə, seminarda xarici universitetlərdə sosial elmlərin müxtəlif sahələri üzrə elmi tədqiqatla məşğul olan 23 azərbaycanlı fəlsəfə doktorları və namizədləri iştirak edir. Onlar dünyanın 14 aparıcı universitetində təhsil alır.

Seminarı açan ADA-nın rektoru Hafiz Paşayev deyib ki, xaricdə təhsil alan azərbaycanlı fəlsəfə doktorlarının ölkəyə qayıtması həm elmin, həm də təhsil sisteminin inkişafına ciddi töhfə verə bilər. Təhsil naziri Misir Mərdanov isə bildirib ki, Azərbaycanda elm və tədrisinin dünya standartlarına çatdırılması ölkənin prioritet vəzifələrindən biridir. Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayevin sözlərinə görə, seminara qatılan doktorantlar müəyyən müddətdən sonra təkcə tədrisə deyil, elmin inkişafına da yardımçı olacaqlar. Bu baxımdan Elmin İnkişafı Fondu həmin gənclərlə indidən əməkdaşlıq qurmaqda maraqlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR