Bank Of Baku

“Fərdi məlumatların informasiya sisteminin dövlət qeydiyyatı ləğv edildikdə, həmin informasiya sistemində olan məlumatların məhv edilməsi Qaydası” təsdiqlənib

“Fərdi məlumatların informasiya sisteminin dövlət qeydiyyatı ləğv edildikdə, həmin informasiya sistemində olan məlumatların məhv edilməsi Qaydası” təsdiqlənib
# 20 dekabr 2010 12:23 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Nazirlər Kabineti “Fərdi məlumatların informasiya sisteminin dövlət qeydiyyatı ləğv edildikdə, həmin informasiya sistemində olan məlumatların məhv edilməsi Qaydası”nı təsdiq edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Qayda yalnız “Fərdi məlumatlar haqqında” qanuna əsasən dövlət qeydiyyatına alınmış informasiya sistemlərində olan fərdi məlumatların bütün növ daşıyıcılarına şamil olunur. Qaydalara əsasən fərdi məlumatların məhv edilməsi başa çatanadək onların mühafizəsi mülkiyyətçi və ya operator tərəfindən təmin edilməlidir. Fərdi məlumatların məhv edilməsi müstəsna hallarda reyestr operatoru tərəfindən müvəqqəti dayandırıla bilər.

Sənədə görə, informasiya sistemində olan fərdi məlumatların məhv edilməsi bir sıra üsullarla həyata keçirilə bilər. Məsələn, bura kağız informasiya daşıyıcısının müvafiq doğrama maşınları vasitəsilə məhv edilməsi, yandırılması, kimyəvi məhlullar vasitəsilə məhv edilməsi, elektron informasiya daşıyıcısının mexaniki təsir üsulu ilə məhv edilərək bərpası mümkün olmayan vəziyyətə salınması, bərpası mümkün olmayan qaydada formatlanması, xüsusi proqram təminatı vasitəsilə elektron informasiya daşıyıcısında olan məlumatların bərpası mümkün olmayan qaydada silinməsi daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR