Bank Of Baku

“Heydər Əliyev və Azərbaycan gəncliyinin vətənpərvərlik tərbiyəsi” mövzusunda bədii-publisistik əsərlərin müsabiqəsi keçirilib

“Heydər Əliyev və Azərbaycan gəncliyinin vətənpərvərlik tərbiyəsi” mövzusunda bədii-publisistik əsərlərin müsabiqəsi keçirilib
# 20 dekabr 2010 12:49 (UTC +04:00)
Bakı - APA. “Heydər Əliyev və Azərbaycan gəncliyinin vətənpərvərlik tərbiyəsi” mövzusunda bədii-publisistik əsərlərin müsabiqəsi keçirilib. Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqənin əsas məqsədi gənclərdə Azərbaycanın dərin tarixi köklərə malik mədəniyyətini, milli mədəni irsini, Azərbaycan dili və tarixi ənənələrinə hörmət, Vətənə məhəbbət, dövlətçiliyə sədaqət hissi aşılamaqdır. Müsabiqədə I, II və III yerləri tutan qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq. İlk onluğa düşən digər iştirakçılar isə fəxri fərmanla mükafatlandırılacaqlar. Mükafatlandırılma mərasimi sabah GİN-də keçiriləcək.
Tədbirdə tələbə-gənclər təşkilatlarının, gənclər təşkilatlarının üzvlərinin və fəal gənclərin iştirakı nəzərdə tutulub.
Müsabiqənin yekunu olaraq onluğa düşən iştirakçıların əsərlərindən ibarət kitabçanın çapı nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR