Bank Of Baku

Lənkəranda Qarabağ əlili üçün tikilmiş evin açılışı olub

Lənkəranda Qarabağ əlili üçün tikilmiş evin açılışı olub
# 20 dekabr 2010 13:04 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Lənkəran rayonunun dağlıq Biləsər kəndində yaşayan II qrup Qarabağ müharibəsi əlili Əkbər Mürsəlov üçün tikilmiş yeni yaşayış evinin açılışı olub.

APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşları, rayon icra hakimiyyəti aparatının rəsmiləri və kənd sakinləri iştirak ediblər.

ƏƏSMN-in sektor müdiri Vidadi Əmənov çıxışında Vətən uğrunda döyüşlərdə sağlamlığını itirmiş ölkə vətəndaşlarına göstərilən dövlət qayğısından bəhs edib. Onun sözlərinə görə, ötən dövr ərzində respublika üzrə 2800-dən çox əlilə “OKA” markalı, 500 nəfər əlilə isə “Slavutiç” markalı avtomobillər verilib. Ümumilikdə nazirliyin sifarişi ilə respublikada şəhid və Qarabağ müharibəsi əlilləri üçün cari ilin sonuna kimi 200 fərdi evin, cənub bölgəsində isə 14 fərdi yaşayış evinin istifadəyə veriləcəyi nəzərdə tutulub.

Mərasimdə ev sahibi Əkbər Mürsəlov ona və ailəsinə göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə, ƏƏSMN-in rəhbərliyinə və Lənkəran şəhər İcra Hakimiyyətinə minnətdarlığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR