Bank Of Baku

Böhran başlayandan Rusiyada 1,5 mln. nəfər işsiz qalıb

Böhran başlayandan Rusiyada 1,5 mln. nəfər işsiz qalıb
# 20 dekabr 2010 13:19 (UTC +04:00)
Bakı - APA-Economics. 2008-ci ilin oktyabrından bu yana Rusiyada 1,5 mln. nəfər işdən çıxarılıb.

APA-Economics”in “İnterfax”a istinadən xəbərinə görə, bu barədə Rusiya Səhiyyə və Sosial İnkişaf Nazirliyi açıqlama yayıb.

İşdən çıxarılanların təxminən 1/3-i (447 min nəfər) yeni iş tapa bilib. İş tapanların yarıdan çoxu əvvəl işlədikləri müəssisələrə bərpa olunub.

Rusiya Federal Statistika Xidmətinin məlumatına görə, bu ilin noyabr ayı üçün ölkədəki işsizlərin sayı 5 mln. nəfər (6,7%) təşkil edir. 2009-cu ilin sonunda bu göstərici 6,2 mln. nəfər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR