Bank Of Baku

Bakı Şəhəri üzrə Təhsil İdarəsi yanvarın 9-da V-XI sinif şagirdləri üçün bilik yarışının şəhər turunu keçirəcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsi yanvarın 9-da V-XI sinif şagirdləri üçün bilik yarışının şəhər turunu keçirəcək
# 20 dekabr 2010 14:17 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Gələn il yanvarın 9-da Bakı Şəhəri üzrə Təhsil İdarəsi V-XI sinif şagirdləri arasında bütün fənlər üzrə bilik yarışının şəhər mərhələsini keçirəcək. İdarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı APA-ya bildirib ki, ilk dəfə olaraq, V-XI sinif şagirdləri arasında bütün fənlər üzrə keçirilən bilik yarışının ilk mərhələsində 160 minə yaxın şagird iştirak edib. Onların 500-ə yaxını şəhər mərhələsinə vəsiqə qazanıb. Şəhər mərhələsinin nəticələri əsasında həmin şagirdlərin 200-ə yaxını respublika turunda iştirak etmək hüququ qazanacaq. Yarışın şəhər mərhələsinin nəticələri yanvarın 25-də açıqlanacaq. Respublika fənn olimpiadasının martda keçirilməsi nəzərdə tutulur.
Respublika fənn olimpiadalarında birinci yerə layiq görülən qaliblər orta məktəblərdə keçirilən mərkəzləşdirilmiş buraxılış imtahanlarından azad ediləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR