Bank Of Baku

Ukraynada qadınlar üçün pensiya yaşı 5 il artırılır

Ukraynada qadınlar üçün pensiya yaşı 5 il artırılır
# 21 dekabr 2010 08:16 (UTC +04:00)
Bakı - APA-Economics. Ukrayna hökuməti qadınlar üçün pensiya yaşını 5 il artırmaq qərarına gəlib.

APA-Economics”in “İnterfax”a istinadən xəbərinə görə, bundan sonra ukraynalı qadınlar 60 yaşında təqaüdə çıxacaqlar.

Ukrayna hökumətinin bununla bağlı hazırladığı müvafiq qanun layihəsi Ali Rada tərəfindən bəyənilib.

Qadınlar üçün pensiya yaşının artırılması tədricən həyata keçiriləcək. Belə ki, 1 fevral 2011-ci ildən başlayaraq qadınların pensiya yaşı 6 ay artırılacaq.

Bundan başqa, dövlət qulluqçusu olan kişilər 2013-cü ildən etibarən 62 yaşında təqaüdə çıxacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR