Bank Of Baku

İçərişəhərdə Məhəmməd Məscidində aparılan muzey-konservasiya işləri başa çatıb

İçərişəhərdə Məhəmməd Məscidində aparılan muzey-konservasiya işləri başa çatıb
# 21 dekabr 2010 08:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən dünya əhəmiyyətli memarlıq abidəsi olan Məhəmməd Məscidində aparılan muzey-konservasiya işləri başa çatıb. Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, muzey-konservasiya işləri Almaniyanın “Remmers” və Avstriyanın “Atelier Erich Pummer” şirkətləri tərəfindən aparılıb. Bu ilin martından başlanan bir neçə mərhələni özündə ehtiva edən mürəkkəb texnoloji prosesinin gedişində təqribən 500 m²-lik səth örtüyü xüsusi avadanlıq və materiallarla bərpa edildikdən sonra konservasiya olunub.
Bərpa zamanı vakuum yolu ilə bərkidilmə üsulundan istifadə edilib ki, bunun nəticəsində havasızlıq şəraitində daşlar bərkidilib, beləliklə abidənin tarixiliyinə və mövcud quruluşuna zərər yetirilməyib. Bu cür muzey-konservasiya işləri Azərbaycanda ilk dəfə olaraq həyata keçirilir və dünya standartlarına cavab verir.
Məlumatda o da bildirilib ki, dekabrın 24-də Məhəmməd Məscidində aparılmış muzey-konservasiya işlərinin başa çatmasına həsr olunmuş elmi-praktiki seminarın keçirilməsi nəzərdə tutulur. Seminarda mütəxəssislər görülmüş muzey-konservasiya işləri barədə ətraflı danışacaq, bu təcrübənin öyrənilməsi və gələcəkdə İçəri Şəhərdə tətbiq edilməsinə dair müzakirələr aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR