Bank Of Baku

TQDK qəbul imtahanının gedişində pozuntuya yol verən nəzarətçi müəllimlə bağlı Respublika Prokurorluğuna müraciət edib

TQDK qəbul imtahanının gedişində pozuntuya yol verən nəzarətçi müəllimlə bağlı Respublika Prokurorluğuna müraciət edib
# 21 dekabr 2010 10:55 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, 116 müəllimə şifahi xəbərdarlıq olunub. Ümumilikdə isə 2010-cu ildə keçirilmiş qəbul imtahanlarına 6109 nəzarətçi cəlb olunub, 184 nəzarətçi əsaslı bir səbəb olmadan və iştirak etməyəcəyini əvvəlcədən bildirmədən imtahana gəlməyib.

M. Abbaszadə bəzi nəzarətçi müəllimlərin imtahanda abituriyentlərə qarşı kobud davranmasına görə məktəb direktorlarını da günahlandırıb: “Nəzarətçi müəllimlərlə bağlı hər il əvvəlcə məktəb direktorlarına müraciət edirik. Həmin müəllimlər bizə məktəb direktorlarının rəyi əsasında təqdim olunur. Əgər onların davranışı pedaqoji davranışdan uzaqdırsa, onları müəllimlikdə uzaqlaşdırmaq lazımdır”.

M. Abbaszadə deyib ki, TQDK imtahanın gedişi ilə bağlı bütün şikayətləri araşdırır: “Hətta müəyyən müəllimlər, uşaqlar dindirilib, müəyyən müəllimlər də bazadan çıxarılıb. Bir nəzarətçi idman müəllimi ilə bağlı isə Respublika Prokurorluğuna müraciət edilib”.
Pozuntuya yol verən idman müəlliminin adını açıqlamayan TQDK sədri deyib ki, həmin nəzarətçi imtahan gedişi zamanı bir abituriyentin “Cavab kartı”nı alaraq digərinə ötürüb. Bu məsələ ilə bağlı hələlik cinayət işi açılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR