Bank Of Baku

Rezidenturaya qəbul imtahanı gələn ilin sentyabr-oktyabr aylarında keçiriləcək

Rezidenturaya qəbul imtahanı gələn ilin sentyabr-oktyabr aylarında keçiriləcək
# 21 dekabr 2010 11:35 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Tibbi rezidenturaya qəbul imtahanının gələn ilin sentyabrın sonu, oktyabrın əvvəlində keçirilməsi nəzərdə tutulur. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, artıq imtahana daxil olan baza və ixtisas fənləri müəyyən edilərək təsdiqlənib: “Rezidenturaya qəbulun keçirilməsi ilə bağlı TQDK-da iki aydır ki, elmi-metodiki seminarlar təşkil olunur. Biz Azərbaycan Tibb Universitetinin müəllim-professor heyəti və Səhiyyə Nazirliyin təqdim etdiyi ekspertlərlə çox ciddi işləyirik”.

M. Abbaszadə hazırda imtahanda istifadə ediləcək proqramlar üzərində çox ciddi iş aparıldığını söyləyib. Bu proqramların fevral ayında ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur. Proqramlarla yanaşı, ictimaiyyətə model testlər də təqdim ediləcək. Bu testlər vasitəsilə rezidenturaya hazırlaşanlar imtahanın çətinlik səviyyəsini müəyyənləşdirəcəklər.

M. Abbaszadə onu da əlavə edib ki, ali məktəblərin bakalavr pilləsinə qəbul üçün istifadə ediləcək proqramların gələn ilin yanvarında açıqlanması nəzərdə tutulur: “Demək olar ki, bütün fənlər üzrə proqramlar hazırdır. Hər fənndə hansısa dəyişiklik olması mümkündür. Bu, həm yeni dərsliklərin istifadəyə verilməsi, həm də proqramların yeniləşdirilməsi ilə bağlıdır. Yeniliklər testlərin mahiyyəti ilə əlaqədardır. Bütün bunların hamısı proqramlarda öz əksini tapıb. Abituriyentlər imtahana hazırlıq mərhələsində bu yenilikləri mütləq nəzərə almalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR