Bank Of Baku

Məleykə Abbaszadə: “Ali məktəblərdə ali təhsilin keyfiyyətini artırmaq üçün qiyabi təhsil formasının ləğvi ilə bağlı addım atıla bilər”

Məleykə Abbaszadə: “Ali məktəblərdə ali təhsilin keyfiyyətini artırmaq üçün qiyabi təhsil formasının ləğvi ilə bağlı addım atıla bilər”
# 21 dekabr 2010 11:37 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, bu sınaq imtahanında növbəti tədris ili üçün nəzərdə tutulmuş yeni test tapşırıqları ilk dəfə təqdim olunacaq.

TQDK sədri ali məktəblərdə qiyabi təhsil formasının ləğvi ilə bağlı səslənən fikirlərə də münasibət bildirib: “Qiyabi təhsilin nə dərəcədə formal olduğunu, nə dərəcədə təhsil verdiyini deyə bilmərəm. Axı, təhsilin keyfiyyəti də çox vacibdir. Məsələ onda deyil ki, insanın əlində mütləq diplom olsun. İnsanın bilik və bacarığı olmalı və o həqiqətən də ali təhsilli mütəxəssis kimi fəaliyyət göstərməlidir. Yəqin ki, ali məktəblərdə ali təhsilin keyfiyyətini artırmaq üçün qiyabi təhsil formasının ləğvi ilə bağlı addım atılar. Biz ümid edirik ki, bu, yalnız ali məktəblərdə təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR