Bank Of Baku

TQDK-da məcburi köçkün rayonlarının təhsil şöbələrinin nümayəndələri və internat məktəblərinin direktorları ilə görüş keçirilib - FOTO

TQDK-da məcburi köçkün rayonlarının təhsil şöbələrinin nümayəndələri və internat məktəblərinin direktorları ilə görüş keçirilib - <font color=red>FOTO</font>
# 21 dekabr 2010 11:57 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Füzuli, Laçın, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Şuşa, Xocalı, Kəlbəcər və Xocavənd rayon təhsil şöbələrinin nümayəndələri və internat məktəblərinin direktorları ilə görüş keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən TQDK sədri Məleykə Abbaszadə bildirib ki, qaçqın, məcburi köçkün abituriyentlərin qəbul imtahanlarında iştirak sayı və göstəriciləri getdikcə yüksəlir, bu abituriyentlər arasında yüksək müsabiqə vəziyyəti yaranan ali məktəblərə daxil olanların sayı artır. Bu il 184 qaçqın və köçkün abituriyent Bakı Dövlət Universitetinə, 39-u Azərbaycan Tibb Universitetinə, 151-i Azərbaycan İqtisad Universitetinə, 82-si Azərbaycan Dillər Universitetinə daxil olub.

Ayrı-ayrı bölgələrdə yerləşən məcburi köçkün və internat məktəblərinin nümayəndələrinin iştirakını təmin etmək üçün tədbir TQDK-nın regional bölmələrində də paralel olaraq keçirilib və TQDK-nın inzibati binası ilə canlı video bağlantı qurulub.

TQDK tərəfindən 500 məcburi köçkün və internat məktəbinə ümumi dəyəri 50000 manat olan siniflər üzrə test kitabçaları və digər metodiki materiallar hədiyyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR