Bank Of Baku

Akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinə həsr olunan elmi konfrans başlayıb

Akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinə həsr olunan elmi konfrans başlayıb
# 21 dekabr 2010 12:17 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Görkəmli geoloq-alim, akademik Şəfaət Mehdiyevin 100 illik yubileyinə həsr olunan “Geologiyanın aktual problemləri” mövzusunda respublika elmi konfransı başlayıb. APA-nın məlumatına görə, iki gün davam edəcək konfransın açılış mərasimində çıxış edən Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov Ş. Mehdiyevi Azərbaycanın elm, təhsil, idarəçilik tarixinə düşən ziyalı bir insan kimi xarakterizə edib. Ş. Mehdiyevin BDU-nin rektoru olduğu dövrü təhlil edən A. Məhərrəmov ali məktəbin inkişafında onun xüsusi əməyinin olduğunu söyləyib.

BDU-nun kafedra müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Vasif Babazadə Ş. Mehdiyevin həyatı, elmi və BDU-nun rektoru kimi fəaliyyətindən danışıb. O qeyd edib ki, Ş. Mehdiyevin elmin və təhsilin təşkilində, yüksək ixtisaslı coğrafiyaşünas kadrların yetişməsində böyük xidmətləri olub.

Tədbirdə təhsil naziri Misir Mərdanov və digər elm adamları da çıxış ediblər. Konfrans bölmələrdə elmi müzakirələrlə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR