Bank Of Baku

2010-cu ildə Rusiyaya gedən əcnəbilərin 5,45 faizi Azərbaycan vətəndaşları olub

2010-cu ildə Rusiyaya gedən əcnəbilərin 5,45 faizi Azərbaycan vətəndaşları olub
# 21 dekabr 2010 13:15 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Bu ilin 11 ayı ərzində Rusiya Federasiyasında olan xarici ölkə vətəndaşlarının 5,45 faizi Azərbaycan vətəndaşlarıdır. APA-nın “Klerk.ru”ya istinadən verdiyi məlumata görə, Rusiya Federal Miqrasiya Xidməti rəhbərinin birinci müavini Mixail Tyurkin bildirib ki, ilin əvvəlindən ölkə ərazisinə 13 milyon xarici vətəndaş ayaq basıb. Onların arasında Ukrayna vətəndaşları birincidir (20,85). Azərbaycan ilk onluğa daxildir.

Uzaq xaricdən gələnlərin statistikasında Almaniya 4 aydır ki, ənənəvi lider olan Çini qabaqlayır. Almaniyadan Rusiyaya 467 849 nəfər (3,61 faiz), Çindən isə 420 915 nəfər (3,25 faiz) gedib.

M. Tyurkin əlavə edib ki, Moldovanın ümumi əhalisinin 18,39 faizi, Tacikistanın 13,6 faizi, Ermənistanın isə 12,3 faizi 2010-cu il ərzində Rusiyada olub. O, 3 milyon nəfərin qanunla nəzərdə tutulan qaydada qeydiyyata düşmədiyini söyləyib. M. Tyurkin bəyan edib ki, Rusiyada demoqrafik vəziyyətin çətin olmasına baxmayaraq, yaxın vaxtlarda əmək miqrantları üçün Rusiya vətəndaşlığı almaq proseduru asanlaşdırılmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR