Bank Of Baku

Türkiyənin gənclər və idman direktorunun Azərbaycana səfəri başlayır

Türkiyənin gənclər və idman direktorunun Azərbaycana səfəri başlayır
# 22 dekabr 2010 08:28 (UTC +04:00)
Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin məqsədi qarşılıqlı əməkdaşlığın istiqamətlərinin genişləndirilməsi məqsədi ilə 2007-ci ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında gənclərlə iş və idman sahəsində əməkdaşlıq haqqında Saziş”in maddələrinin həyata keçirilməsi və növbəti il üçün birgə tədbirlərin təşkili məsələlərini müzakirə etməkdir.

Səfər çərçivəsində qonaqlar Heydər Əliyevin məzarını, və Şəhidlər xiyabanını ziyarət edəcəklər. Dekabrın 23-də isə Y. Akgül və gənclər və idman naziri Azad Rəhimovun görüşü olacaq. Bununla yanaşı, qonaqlar Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “İrəli” İctimai Birliyinin nümayəndələri və bir sıra rəsmilərlə görüşlər keçirəcəklər. Nümayəndə heyəti eyni zamanda idman bazaları ilə tanış olub, Şağan Olimpiya İdman Kompleksinə səfər edəcək.

Üç gün davam edəcək səfər çərçivəsində qonaqlar Bakının tarixi yerləri ilə də tanış olacaqlar.

Səfər dekabrın 25-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR