Bank Of Baku

Azərbaycan Milli Elmlər Akademiyası gənc alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün sənədlər hazırlayır

Azərbaycan Milli Elmlər Akademiyası gənc alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün sənədlər hazırlayır
# 22 dekabr 2010 11:30 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) hazırda gənc alimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş sənədlər üzərində işləyir. Bunu APA-ya açıqlamasında AMEA-nın prezidenti Mahmud Kərimov deyib. O bildirib ki, gənc alimlərin sosial problemləri, o cümlədən əməkhaqqı, mənzillə təminat sahəsində çətinlikləri var: “Əgər bu sənəd proqram kimi qəbul olunsa, gənc alimlərin vəziyyəti xeyli yaxşılaşacaq”.

M. Kərimov hazırda Azərbaycanda evsiz alimlərin çox olduğunu söyləyib: “Rayonlardan gələn bir çox tələbələr yataqxanada qalaraq təhsil alırlar və daha sonra aspiranturaya qəbul olunurlar. Onlar təhsillərini başa vurduqları üçün universitetlərin tələbə yataqxanalarından çıxarılırlar, bizim isə öz yataqxanamız yoxdur. Buna görə də onlar kirayədə, qohumlarının evlərində yaşamaq məcburiyyətində qalırlar. Bu, çox ciddi problemdir. Belə şəxslərin mənzillə təminatı məsələsi həll olunmalıdır”.

M. Kərimov bəzi şəxslərin 40 yaşından sonra elmlə məşğul olmağın mənasızlığı barədə söylədiyi fikirlərlə razılaşmadığını da söyləyib: “40 yaş insan üçün ən yaradıcı dövrdür. Əlbəttə ki, doktoranturaya daha gənc olanlar qəbul edilir. 40 yaşında bəziləri artıq elmlər doktoru elmi dərəcəsi alır. Elə məsələlər var ki, onu 40-50 yaşında da etmək olar. Məsuliyyət və məhsuldarlıq varsa, bu yaşdan sonra da fəaliyyət göstərmək mümkündür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR