Bank Of Baku

Azərbaycan paytaxtında dəyişkən buludlu, yağmursuz hava şəraiti davam edəcək

Azərbaycan paytaxtında dəyişkən buludlu, yağmursuz hava şəraiti davam edəcək
# 22 dekabr 2010 11:53 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, cənub küləyi əsəcək, havanın temperaturu gündüz 14-16, axşam 10-12 dərəcə isti olacaq.

Dekabrın 23-də səhər və axşam havanın tutqun keçəcəyi, gündüz dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-11, gündüz 13-15 dərəcə isti olacaq.

Dekabrın 24-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-10, gündüz 14-17 dərəcə isti olacaq.

Dekabrın 25-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-11, gündüz 15-17 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 23-də hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, əsasən dağlıq rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 14-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacaq.

Dekabrın 24-25-də hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Lakin səhər və axşam Lənkəran-Astara zonasında az yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, əsasən dağlıq rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 13-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR