Bank Of Baku

Abel Məhərrəmov Cənubi Koreyada səfərdə olub

Abel Məhərrəmov Cənubi Koreyada səfərdə olub
# 22 dekabr 2010 12:59 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasında səfərdə olub. BDU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyəti səfər zamanı Koreyanın aparıcı ali təhsil ocaqlarına və buradakı texnoparklara baş çəkib.

Koreya Fondunun dəvəti ilə reallaşan səfər zamanı nümayəndə heyəti Seul və Daejeon şəhərlərində yerləşən 4 aparıcı ali təhsil ocağında olub. Seul Milli Texnologiyalar Universiteti, Koreya Elm və Texnologiyalar İnstitutu, Pai Çai və Politexnik universitetlərində olan akademik Abel Məhərrəmov bir sıra ikitərəfli görüşlər keçirib.

Görüşlər zamanı Bakı Dövlət Universiteti ilə Koreya ali təhsil ocaqları arasında qarşılıqlı əməkdaşlıq və tələbə-müəllim mübadiləsini özündə əks etdirən bir sıra sənədlər imzalanıb. Nümayəndə heyəti səfər çərçivəsində Koreya universitetlərinin nəzdində fəaliyyət göstərən texnoparkların fəaliyyəti ilə yaxından tanış olub. Bildirilib ki, universitetlərin nəzdində yerləşən texnoparklarda sənaye-texnologiya kompleksləri yaradılıb ki, bu da birbaşa təhsil prosesinin və sənayenin inkişafına yönəlib. Texnoparklarda kitabxana, laboratoriya və bir sıra elmi-tədqiqat şöbələri yaradılıb. Məqsəd tələbələrin nəzəri biliklərini istehsal prosesinə yönəltməklə onların daha yaxşı mütəxəssis olmalarına nail olmaqdır. Səfər zamanı akademik Abel Məhərrəmov Koreyada təhsil alan azərbaycanlı tələbələrlə də görüş keçirib.

Səfər 6 gün davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR