Bank Of Baku

Mahmud Kərimov: “AMEA Quba məzarlığının konservasiyası ilə bağlı təkliflərini verib”

Mahmud Kərimov: “AMEA Quba məzarlığının konservasiyası ilə bağlı təkliflərini verib”
# 22 dekabr 2010 13:00 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. “Quba məzarlığında müəyyən işlər görülür, amma əfsus ki, işlər hələ ləng gedir”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov deyib. Onun sözlərinə görə, AMEA Quba məzarlığının konservasiyası ilə bağlı təkliflərini verib: “Məzarlığın qorunub saxlanması üçün müəyyən işlər görülüb. Amma yerli orqanlar da bu məsələyə qarışmalı və bizə dəstək olmalıdır. Onlar da bu sahədə çox iş görüblər”.

M. Kərimov deyib ki, hazırda Quba məzarlığında muzeyin yaradılmasından söhbət gedir. Bu muzey ya Quba rayon İcra Hakimiyyətinin Muzeyi kimi, ya da Arxeologiya və Etnoqrafiya İnstitutunun bir bazası, filialı kimi fəaliyyət göstərməsi ilə bağlı təkliflər var: “Orada daim hansısa mütəxəssislər işləməlidirlər ki, abidəyə nəzarət həyata keçirilsin və onun qorunması təmin edilsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR