Bank Of Baku

Akademik Şəfaət Mehdiyevin 100 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib

Akademik Şəfaət Mehdiyevin 100 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib
# 22 dekabr 2010 15:03 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Azərbaycanın görkəmli alimi, akademik Şəfaət Mehdiyevin anadan olmasının 100 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib. APA-nın məlumatına görə, AMEA prezidenti Mahmud Kərimov akademik Şəfaət Mehdiyevin 1910-cu ildə İranın Sarab qəzasının Şalqun kəndində anadan olduğunu, 4 yaşında atasını itirdikdən sonra ailəsi ilə birlikdə Bakıya köçdüyünü deyib. 1930-cu ilin aprelində Ş. Mehdiyev Azərbaycan Sənaye İnstitutunun (hazırkı ADNA) geoloji-kəşfiyyat fakültəsinə daxil olub və 1934-cü ildə oranı bitirərək neft və qaz yataqlarının kəşfiyyatı üzrə dağ mühəndisi ixtisasına yiyələnib. 1954-1958-ci illərdə Geologiya İnstitutunun direktoru, 1958-1965-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin rektoru vəzifələrində çalışıb.
Akademikin rəhbərliyi ilə 70-dən çox elmlər doktoru və namizədinin hazırlandığını söyləyən M. Kərimov bildirib ki, görkəmli alimin yazdığı kitab, monoqrafiya və dərsliklər uzun illərdir tələbələr, müəllimlər, alim və müxtəlif nəsil oxucular tərəfindən dəyərli elmi vəsait kimi istifadə olunur.

Sonda akademikin oğlu Aqşin Mehdiyev atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə ölkə prezidenti İlham Əliyevə, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR