Bank Of Baku

ADA-nın Xarici Siyasət Proqramı məzunlarının növbəti buraxılış mərasimi keçirilib – FOTO

ADA-nın Xarici Siyasət Proqramı məzunlarının növbəti buraxılış mərasimi keçirilib – <font color=red>FOTO</font>
# 22 dekabr 2010 15:26 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Diplomatik Akademiyasının Xarici Siyasət Proqramı çərçivəsində 2010-cu ilin ikinci semestrində 19 orta rütbəli dövlət qulluqçusu üçün treninqlər keçirilib. ADA-dan APA-ya verilən məlumata görə, kursların bitməsi münasibətilə keçirilən mərasimdə akademiyanın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev çıxış edib. O bildirib ki, Xarici Siyasət Proqramı yalnız dövlət məmurlarının biliklərinin artmasına xidmət etmir, eyni zamanda onlar arasında professional əməkdaşlığın yaranmasına da öz töhfəsini verir.

Sonra rektor treninq iştirakçılarına sertifikatlar və simvolik mükafatlar təqdim edib.

Qeyd edək ki, ADA-nın Xarici Siyasət Proqramı mövcud qlobal siyasi və iqtisadi trendlər, ictimai diplomatiya, liderlik və kommunikasiya bacarıqların qurulması kimi sahələri əhatə edib. Kurslarda iştirak edənlər arasında Prezident Administrasiyası, Milli Məclis, Mərkəzi Bank, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Televiziyasının əməkdaşları olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR