Bank Of Baku

Uşaq müəssisələrində kimsəsiz uşaqlar üçün evlər tikiləcək

Uşaq müəssisələrində kimsəsiz uşaqlar üçün evlər tikiləcək
# 23 dekabr 2010 09:28 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Təhsil Nazirliyi dövlət uşaq müəssisələrində daimi yaşayan kimsəsiz uşaqlar üçün kiçik evlər tikərək onları tədricən həmin yerlərdə məskunlaşdıracaq. APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, ən böyük çətinlik uşaq müəssisələrindəki 590 kimsəsiz uşaqla bağlıdır: “Onların heç kimi yoxdur, ona görə də biz onları foster ailələrə verməliyik. Bu təcrübə artıq Azərbaycanda “SOS” uşaq kəndlərində, Bakıda, Gəncədə var. Bu təcrübədən istifadə edərək biz anaların və uşaqların seçimini etmişik. Onların müvafiq hazırlığı təmin edildikdən sonra kiçik evlər tikilərək uşaqlar yavaş-yavaş o evlərdə yerləşdiriləcək. Hələlik bu işə Bakının Xəzər və Suraxanı rayonlarından başlanacaq. Çünki əsas uşaq evləri və internatlar orada tikilib. Sonra isə bu, başqa yerlərdə tətbiq ediləcək”.

Nazirin sözlərinə görə, bu uşaqlar peşə məktəblərində təhsillərini davam etdirmək imkanı qazanacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR