Bank Of Baku

Türkiyə və Azərbaycan gəncləri Ağrı dağa birgə yürüş edə bilərlər - FOTO

Türkiyə və Azərbaycan gəncləri Ağrı dağa birgə yürüş edə bilərlər - <font color=red>FOTO</font>
# 23 dekabr 2010 11:25 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Türkiyə və Azərbaycan gəncləri 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günündə Ağrı dağa birgə yürüş edə bilərlər. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu təklifi gənclər və idman naziri Azad Rəhimov Türkiyənin gənclər və idman direktoru Yunus Akgüllə bu gün keçirdiyi görüşündə səsləndirib. A. Rəhimov bildirib ki, bu il Azərbaycan idmançıları müxtəlif idman növləri üzrə 675 medal qazanıb ki, onlardan 206-sı olimpiya, digərləri isə qeyri-olimpiya idman növlərinə aiddir. Bu il ərzində Azərbaycanda 50-yə yaxın beynəlxalq yarışların keçirilib. Nazirin sözlərinə görə, türkiyəli idmançılar demək olar ki, bütün yarışlara qatılıblar. A. Rəhimov idmançıların birgə təlim məşq toplantılarına qatıla biləcəyini, eyni zamanda bir neçə ay öncə Mingəçevirdə açılışı olan Kür Olimpiya İdman Tədris Mərkəzində məşqlər etmək imkanının olduğunu bildirib.

Gənclər sahəsinə də toxunan nazir bir neçə il əvvəl mövcud olmuş gənclər düşərgələrinin bərpasının önəmindən danışıb: “Türkiyədə Azərbaycanı sevirlər, amma əfsuslar olsun ki, bu ölkənin mədəniyyəti, tarixi haqda bir o qədər də məlumatlı deyirlər. Biz Bakıda GUAM ölkələrinin gənclər günlərini keçiririk. Qarşılıqlı olaraq, Türkiyə və Azərbaycan gəncləri günlərinin keçirilməsi münasibətlərin inkişafına xüsusi təkan ola bilər”.

Y. Akgül isə öz növbəsində bu gün Türkiyədə idmana çox böyük diqqətin ayrıldığını, artıq bu ölkənin bir sıra mühüm idman yarışlarına ev sahibliyi etdiyini söyləyib: “Bu gün bizim qarşımızda dayanan ən mühüm məsələ İstanbulda Olimpiya Oyunlarının keçirilməsidir. Məhz elə bu səbəbdən biz ölkəmizdə dünya və Avropa çempionatlarını yüksək səviyyədə keçirməyə çalışırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR