Bank Of Baku

Tarix İnstitutunun direktoru: “Quba məzarlığında təhlükənin yaranması məmurların tariximizə göstərdiyi sayğısızlıqdır”

Tarix İnstitutunun direktoru: “Quba məzarlığında təhlükənin yaranması məmurların tariximizə göstərdiyi sayğısızlıqdır”
# 23 dekabr 2010 11:35 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib.

Onun sözlərinə görə, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın sübutu olan Quba məzarlığında yaranmış təhlükə aradan qaldırılmalıdır: “Burada muzeyin yaradılması üçün ölkə prezidenti göstəriş verib və bunun üçün maliyyə vəsaiti ayrılıb. Hazırda bu işlər gedir. Amma bu işlərin sürəti bizi narahat edir. İşlər lazımi sürətlə getmir. Məzarlığın yeri elədir ki, onun uçmaq təhlükəsi var. Bu təhlükə aradan qaldırılmalıdır. Eyni zamanda, xırda tədbirlər var ki, onlar da görülməlidir. Məzarlığın üstü vaxtında örtülməlidir. Muzey vaxtında ucaldılmalıdır ki, biz onu qoruyub saxlaya bilək. Məzarlıqdakı sümüklərin xarab olmasının qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir. Bu baxımdan işlər sürətləndirilməlidir. Bu məsələ alimləri ciddi narahat edir. Amma məsələnin prezidentin nəzarəti altında olması bizdə ümid yaradır ki, bu, az vaxt ərzində həll ediləcək”.

Y. Mahmudov məzarlıqda yaranmış vəziyyətə görə məmurları günahlandırıb: “Bu təhlükənin yaranması məmurların bizim tariximizə göstərdiyi sayğısızlıqdır. Bu, çox ciddi faktdır. Məmurların arxayınçılığı bizim tariximizə zərbə vurur. Unutmaq lazım deyil ki, Quba məzarlığı təsadüf nəticəsində tapılıb. Amma Quba məzarlığını qətiyyən itirmək olmaz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR