Bank Of Baku

Əli Həsənov: “Məcburi köçkünlər yaşayış evləri ilə təmin ediləcək və onların hazırda məskunlaşdığı evlər sahiblərinə qaytarılacaq”

Əli Həsənov: “Məcburi köçkünlər yaşayış evləri ilə təmin ediləcək və onların hazırda məskunlaşdığı evlər sahiblərinə qaytarılacaq”
# 23 dekabr 2010 12:12 (UTC +04:00)
Bu məsələ dövlətin nəzarətindədir. Hesab edirik ki, məcburi köçkünləri başqa yaşayış yerləri ilə təmin edəcəyik və mənzilləri sahiblərinə qaytaracağıq”.

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov verib.

Ə. Həsənov bildirib ki, Sumqayıt, Gəncə və digər şəhərlərdə 6 minə qədər məcburi köçkün ailəsi məskunlaşıb: “İşğal zaman məcburi köçkünlər sahibsiz evlərdə yerləşiblər. Mən bunu mənzillərin zəbt olunması adlandıra bilmərəm. Çünki o zamankı hakimiyyət zəhmət çəkib köçkünlərin məskunlaşması prosesini idarə etməli idi. Ona görə də insanlar məcburiyyət qarşısında qalaraq, bacardıqları kimi məskunlaşıblar”. Ə. Həsənov qeyd edib ki, bu məsələ hazırda çox aktuallaşıb və problemin həlli istiqamətində dövlət zəruri addımlarını atmaqdadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR