Bank Of Baku

Belarus uğrunda döyüşmüş daha 10 azərbaycanlı veterana yubiley medalları təqdim olunub - FOTOSESSİYA

Belarus uğrunda döyüşmüş daha 10 azərbaycanlı veterana yubiley medalları təqdim olunub - <font color=red>FOTOSESSİYA</font>
# 23 dekabr 2010 12:45 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Belarusun Azərbaycandakı səfirliyi İkinci Dünya müharibəsi zamanı Belarus uğrunda döyüşlərdə iştirak etmiş daha 10 Azərbaycan vətəndaşına yubiley medalları təqdim edib. APA-nın məlumatına görə, Belarusun Azərbaycandakı səfirliyində keçirilən təqdimetmə mərasimində səfir Nikolay Patskeviç Belarusun faşistlərdən azad edilməsi uğrunda döyüşmüş 300-dən artıq Azərbaycan vətəndaşına yubiley medallarının təqdim olunduğunu deyib: “Müxtəlif səbəblərdən bir neçə veteranı tapa bilməmişdik. Onların yerini indi aşkarladığımız üçün medallarını təqdim edirik”. Diplomat bildirib ki, 4 veteran səhhəti ilə əlaqədar tədbirə qatıla bilməyib, səfirliyin əməkdaşları onlara baş çəkib və medallarını veriblər. Bu gün isə 6 veterana yubiley medalları təqdim olunub.

Veteranlar tədbirdə müharibə xatirələrini bölüşərək Belarus xalqı barədə xoş sözlər söyləyiblər və onlara təqdim olunmuş medal və hədiyyələr üçün təşəkkürlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR