Bank Of Baku

“Müasir Azərbaycanda ailə və nikah institutu: sosioloji təhlil”in təqdimatı keçirilib - FOTO

“Müasir Azərbaycanda ailə və nikah institutu: sosioloji təhlil”in təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 23 dekabr 2010 14:26 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) “Müasir Azərbaycanda ailə və nikah institutu: sosioloji təhlil”in təqdimatını keçirib. APA-nın məlumatına görə, komitənin sədri Hicran Hüseynova bildirib ki, təhlilin keçirilməsində məqsəd ölkədə ailə-nikah sahəsində real vəziyyəti öyrənmək olub. Həmin tədqiqat gələcəkdə Azərbaycanda ailə siyasəti konsepsiyasının yaradılması və inkişafı üçün ilkin material ola bilər.

“Müasir Azərbaycanda ailə və nikah institutu: sosioloji təhlil”in nəticələri barədə məlumat verən AQUPDK informasiya sektorunun müdiri Aynur Kərimova bildirib ki, sorğu anonim olmaqla, 18 yaşdan yuxarı insanlar arasında təsadüfi seçmə vasitəsilə həyata keçirilib və 1801 doldurulmuş sual kitabçası əldə olunub. Sorğunun nəticələrinə görə, ailə respondentlərin 91,9 faizinin həyatında çox əhəmiyyət daşıyır. Respondentlərin 92,7 faizi hesab edir ki, ailə daxili problemlər ancaq ailə üzvləri arasında müzakirə edilməlidir. Amma 18-29 yaşlı gənclər arasında bu fikri dəstəkləyənlərinin sayı digər yaş qruplarından daha az olub. Sorğu zamanı məlum olub ki, nikahdan kənar seksual əlaqələrə qadınların daha dözülməz münasibəti var. Qadınların 93,7 faizi nikah zamanı xəyanətə haqq qazandırmayıblar.

A. Kərimova deyib ki, bəzən ölkədə çoxarvadlılığının tətbiqi ilə bağlı fikirlər səslənir. Bunu nəzərə alaraq, sorğu zamanı bu məsələ də öyrənilib. Məlum olub ki, rəyin soruşulanların 8,3 faizi çoxarvadlılığa tam razı, 42,3 faizi qətiyyən razı deyil. Çoxarvadlılıq ideyasına 50 yaşdan yuxarı şəxslər daha mənfi münasibət bəsləyirlər.

Ailə büdcəsinə pul qoymaq məsələsinə gəldikdə, respondentlərin 80,4 faizi hesab edir ki, ailədə ər arvadan daha çox pul qazanmalıdır.

Sorğudan o da aydın olub ki, Azərbaycan ailəsi xoşbəxt nikahın birinci əsas şərti kimi ər-arvadın sadiqliyini görür. Bundan sonrakı yerlərdə isə uşaqların olması, yaxşı gəlir göstərilir. Çox nadir hallarda uşaq olmayan ailələr xoşbəxt hesab edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR