Bank Of Baku

Qəbələdə məcburi köçkün ailələrinə yeni mənzillər verilib

Qəbələdə məcburi köçkün ailələrinə yeni mənzillər verilib
# 24 dekabr 2010 08:45 (UTC +04:00)
Qəbələ. Şahnəzər Bəşirov – APA. Qəbələdə məskunlaşan Şuşa və Laçın rayonlarından olan məcburi köçkün ailələrinə yeni mənzillər verilib. APA-nın yerli bürosunun xəbərinə görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin xətti ilə Qəbələ rayonunun Zarağan bələdiyyəsi ərazisində inşasına 2010-cu ilin mart ayında başlanılan beş mərtəbəli 40 mənzilli yaşayış binasında 30 iki otaqlı və 10 üçotaqlı mənzil var. Mənzillər inventar və avadanlıqlarla tam təchiz olunub. Binanın su, kanalizasiya, elektrik enerjisi və qaz təchizatı üçün müvafiq işlər görülüb. Binanın ətrafına asfalt-beton örtük çəkilib, ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb. Mənzillərin təhvil alınmasında iştirak edən məcburi köçkünlər onlara göstərilən diqqətə görə ölkə prezidenti İlham Əliyevə öz minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, 2010-cu il fevralın 27-də prezident İlham Əliyevin iştirakı ilə Zarağan bələdiyyəsi ərazisində iki beşmərtəbəli, 150 mənzilli yaşayış binası və 188 şagird yeri olan məktəb binası məcburi köçkünlərin istifadəsinə verilmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR