Bank Of Baku

Azərbaycan ərazisində istilər davam edəcək

Azərbaycan ərazisində istilər davam edəcək
# 24 dekabr 2010 08:54 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 14-16, axşam 10-12 dərəcə isti olacaq.

Dekabrın 25-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman, çiskin olacaq. Cənub-qərb, qərb küləyi əsəcək. Gecə 7-10, gündüz 14-16 dərəcə isti olacaq.

Dekabrın 26-da hava dəyişkən buludlu, yağmursuz keçəcək. Cənub-qərb, qərb küləyi əsəcək. Gecə 8-10, gündüz 13-16 dərəcə isti olacaq.

Dekabrın 27-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-10, gündüz 14-16 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 25-də hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, Lənkəran-Astara zonasında havanın çiskinli olacağı gözlənilir. Qərb küləyi əsəcək, əsasən dağlıq rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacaq.

Dekabrın 26-27-də hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, əsasən dağlıq rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR