Bank Of Baku

Gəncədə Azərbaycan prezidentinin ad günü münasibəti ilə hazırlanan tort kəsilib - FOTOSESSİYA

Gəncədə Azərbaycan prezidentinin ad günü münasibəti ilə hazırlanan tort kəsilib - <font color=red>FOTOSESSİYA</font>
# 24 dekabr 2010 09:44 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Bu gün Gəncə şəhərində Azərbaycan prezidenti İlham Əliyevin ad günü münasibəti ilə hazırlanan tort kəsilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, artıq 4-cü ildir ki, Gəncənin iş adamlarının təşəbbüsü ilə ölkə prezidentinin ad gününə tort hazırlanır. Tortun uzunluğu 49 metr çəkisi 12 tondur. Tortun hazırlanması üçün 2 ton un, 29 min yumurta, 350 litr süd, 350 kiloqram qatılaşdırılmış süd, 400 kiloqramadək qoz ləpəsi, 300 kq hind qozu, 370 kq kərə yağı, 30 kq duru yağ, 35 kq kakao, 65 kq şokolad, 380 kq krem, 400 kq karamel sərf olunub. Hazırlanan tortun üzərində Azərbaycan Respublikasının gerbi, Gəncənin atributları, tarixi və müasir memarlıq abidələri əks olunub. Prezidentin ad günü münasibəti ilə təşkil edilmiş tədbirdə iştirak edən şəhər rəhbərliyi tərəfindən tort kəsilib. Tort tədbirə qatılmış şəhər sakinlərinə paylanılıb.
Jurnalistlərin suallarını cavablandıran Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov artıq bu mərasimin bir ənənə şəklini aldığını bildirib: “Bu tortun hazırlanması Gəncə şəhər İcra Hakimiyyətinin yox, yerli iş adamlarının təşəbbüsüdür. Hər bir köklü şəhərin ənənələri olduğu kimi, bu da Gəncə şəhəri üçün bir ənənədir. Ümumiyyətlə, mən demək istəyirəm ki, prezident İlham Əliyevin təşəbbüsü nəticəsində Gəncə şəhəri tarix boyu özünün analoqu olmayan inkişaf tempini yaşayır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR