Bank Of Baku

Abel Məhərrəmov Moskva Fizika-Texniki İnstitutunun prorektorunu və dekanını qəbul edib

Abel Məhərrəmov Moskva Fizika-Texniki İnstitutunun prorektorunu və dekanını qəbul edib
# 24 dekabr 2010 10:00 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov Moskva Fizika-Texniki İnstitutunun (MFTİ) birinci prorektoru, professor Timofey Kondranini və bu institutun ümumi və tətbiqi fizika fakültəsinin dekanı, professor Mixail Trunini qəbul edib. Bu barədə APA-ya BDU-nun mətbuat və informasiya şöbəsindən məlumat verilib.
T. Kondranin BDU ilə təmsil etdiyi institutun əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu bildirib, MFTİ-də oxuyan azərbaycanlı tələbələrin sayının artırılmasını vacib olduğunu söyləyib. Onun fikirləri ilə həmrəy olduğunu bildirən Abel Məhərrəmov MFTİ ilə səmərəli və işlək əməkdaşlığın mümkünlüyünü vurğulayaraq, bu məsələyə daha çox diqqət ayıracağını deyib.
Sonra qonaqlar BDU-nun laboratoriyaları və elmi mərkəzləri ilə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR