Bank Of Baku

Bakıda “MDB-də kommersiya və investisiya Arbitrajı: yeni imkanlar və perspektivlər” mövzusunda beynəlxalq hüquq konfransı keçirilib - FOTO

Bakıda “MDB-də kommersiya və investisiya Arbitrajı: yeni imkanlar və perspektivlər” mövzusunda beynəlxalq hüquq konfransı keçirilib - <font color=red>FOTO</font>
# 24 dekabr 2010 10:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bakıda Rusiya və Azərbaycan Arbitraj İnstitutlarının birgə təşkilatçılığı ilə “MDB-də kommersiya və investisiya Arbitrajı: yeni imkanlar və perspektivlər” mövzusunda beynəlxalq hüquq konfransı keçirilib.

APA-nın məlumatına görə, konfransda hər iki ölkənin arbitraj institutlarının rəhbərlərinin, hüquqşünas və arbitlərin Azərbaycanda, Rusiyada və Avropa ölkələrində kommersiya münasibətlərinin münsif üsulu ilə həlli, arbitraj forumunun, yerinin seçilməsi meyarları, səlahiyyətləri, müasir tendensiyalar, arbit statusunun təkamülü, həmçinin tələblər və məhdudiyyətlər, MDB-də xarici investisiyalı subyektlər arasında mübahisələrin həlli probleminə dair məruzələr dinlənilib və qarşılıqlı təcrübə mübadiləsi aparılıb.

Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi yanında Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin sədri Vidadi Mirkamal deyib ki, Azərbaycan MDB məkanında beynəlxalq arbitraj haqqında qanun qəbul edən və beynəlxalq konvensiyalara qoşulan ilk ölkələrdən biri olub. Azərbaycanda hüquqi islahatların uğurla aparıldığı qeyd edən V. Mirkamal arbitraj ideyalarının yayılması, təbliği və institusional quruculuğunda bu məhkəmənin mühüm rolunu da vurğulayıb. O, qurumun 10-dan çox ölkəni nüfuzlu arbitraj institutu ilə əməkdaşlıq müqaviləsi bağladığı da söyləyib.

Rusiya Arbitraj və Mediasiya Mərkəzi yanında Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin sədri Nina Bilkova təmsil etdiyi ölkənin bu sahə ilə bağlı təcrübəsi haqda məlumat verib. Onun sözlərinə görə, artıq 80 ilə yaxındır ki, Rusiyada arbitraj məhkəməsi fəaliyyət göstərir. N. Bilkova arbitraj məhkəmələrinin dövlət məhkəmə sistemi ilə müqayisəsini aparıb və kommersiya sahəsində çalışan şəxslər üçün arbitraj institutunun üstünlüyünü vurğulayıb.

Konfrans müzakirələr ətrafında davam etdirilib. Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR