Bank Of Baku

Türkiyə və Azərbaycan gəncləri Ağrı dağa birgə yürüş edəcəklər

Türkiyə və Azərbaycan gəncləri Ağrı dağa birgə yürüş edəcəklər
# 24 dekabr 2010 10:55 (UTC +04:00)
Bakı – APA. Türkiyə və Azərbaycan gəncləri Ağrı dağa birgə yürüş edəcəklər. Bu barədə ilkin razılıq Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun Türkiyənin gənclər və idman direktoru Yunus Akgüllə görüşü zamanı əldə olunub. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Rəhimov 2011-ci ilin yanvar və mart aylarında Azərbaycan və Türkiyə idmançılarından ibarət heyətin Ağrı dağına qalxması və Naxçıvan-Sədərək-İğdır marşrutu ilə telemarafon təşkil edilməsi barədə təklif irəli sürüb. Bu mövzuda Yunus Akgül və Azad Rəhimov arasında ilkin razılığa gəlinib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR