Bank Of Baku

Kamal Abdullanın 60 illik yubileyi qeyd olunub

Kamal Abdullanın 60 illik yubileyi qeyd olunub
# 24 dekabr 2010 11:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Bakı Slavyan Universitetinin rektoru, yazıçı Kamal Abdullanın 60 illik yubileyi qeyd olunub. APA-nın məlumatına görə, tədbirdə AMEA üzvləri, yazıçılar, millət vəkilləri iştirak ediblər.

Tədbirdə çıxış edən AMEA Dilçilik İnstitutunun direktoru Ağamusa Axundov K. Abdullanın həyat və fəaliyyəti barədə danışıb. O, yubilyarın ilk əsərinin 23 yaşında çap olunduğunu, K. Abdullanın xaricdə çıxış etmiş ilk azərbaycanlı dilçilərdən olduğunu deyib.

Akademik Bəkir Nəbiyev isə K. Abdullanın bədii yaradıcılığından bəhs edib.

Sonra çıxış edən həmkarları yubilyar barədə öz ürək sözlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR