Bank Of Baku

“Elm haqqında” və “Ali təhsil haqqında” qanun layihələri Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq

“Elm haqqında”  və “Ali təhsil haqqında” qanun layihələri Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq
# 24 dekabr 2010 11:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. “Elm haqqında” və “Ali təhsil haqqında” qanun layihələrinin Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılması planlaşdırılır. APA-nın məlumatına görə, bu barədə Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib.

Ş. Hacıyevin sözlərinə görə, hazırda sözügedən qanun layihələrini hazırlamaq üçün işçi qrupu ciddi işlər həyata keçirir: “Ola bilsin ki, “Ali təhsil haqqında” qanun layihəsini mart ayının əvvəllərində komitənin müzakirəsinə çıxaraq”.

İndiyədək Azərbaycanda elmi fəaliyyəti tənzimləyən qanunun olmadığını vurğulayan Ş. Hacıyev bildirib ki, “Elm haqqında” qanun elm sahəsinin stimullaşdırılmasına yönəlib. Bu qanunda xaricə «beyin axınının» qarşısının alınması, xaricdən «beyin axını» yaradılması, gənc alimlərin fəaliyyətinin stimullaşdırılması və s. əksini tapacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR