Bank Of Baku

AMEA prezidenti: “Doktoranturanın ilk pilləsi keçmiş elmlər namizədi dərəcəsinə uyğun gəlir”

AMEA prezidenti: “Doktoranturanın ilk pilləsi keçmiş elmlər namizədi dərəcəsinə uyğun gəlir”
# 24 dekabr 2010 11:42 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. “Azərbaycanda təhsilin doktorantura pilləsi iki mərhələli olduğu üçün onun diplomlarının xarici ölkələrdə tanınması ilə bağlı ciddi problem olmayacaq”. Bunu APA-ya deyən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov APA-ya bildirib ki, ölkələr arasında ikitərəfli danışıqlarla bu məsələnin həlli mümkündür. Onun sözlərinə görə, ölkələr arasında təhsil sahəsində əməkdaşlığa dair müqavilələr imzalanarkən oraya diplomların tanınması ilə bağlı bənd də əlavə edilir: “Ona görə də bu məsələ bizi çox da narahat etmir. Bizim bütün ixtisaslarımız UNESCO-nun ixtisaslarına uyğunlaşdırılır. Praktiki olaraq, doktorluq dissertasiyalarına olan tələbat bizdə bəlkə də Avropa ölkələrindən daha yüksəkdir. Ona görə də ölkələr bizim diplomlarımıza çox ehtiramla yanaşırlar, tanıyırlar və qəbul edirlər”.

M.Kərimov deyib ki, doktoranturanın ilk pilləsi fəlsəfə doktoru proqramı üzrədir. Bu, təxminən keçmiş elmlər namizədi elmi dərəcəsinə uyğun gəlir: “Ancaq elmlər doktoru dərəcəsi elə keçmişdəki elmlər doktoru dərəcəsinə uyğun gəlir”.

AMEA prezidenti doktoranturaya aspirantura kimi yanaşılmanı da müəyyən qədər qəbul edib: “Əgər praktiki olaraq, fəlsəfə doktoru elmləri namizədi deməkdirsə, onda doktoranturanın birinci pilləsi də aspiranturadan çox az fərqlənir. Demək olar ki, aspiranturadır. Sadəcə, burada söhbət vahid unifikasiyadan gedir. Yəni elmi dərəcələr Avropada, dünyada necədirsə, Azərbaycanda da həmin elmi dərəcələr tətbiq olunmalıdır. Yəni vahid unifikator olmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR