Bank Of Baku

Azərbaycanda evsiz alimlərin mənzillə təminatı üçün təkliflər hazırlanır

Azərbaycanda evsiz alimlərin mənzillə təminatı üçün təkliflər hazırlanır
# 24 dekabr 2010 12:01 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AMEA prezidenti Mahmud Kərimov deyib. Onun sözlərinə görə, bu təkliflər elmin inkişafı strategiyasının tərkib hissəsi kimi hazırlanır. AMEA prezidenti bu məsələ ilə bağlı uğurlu nəticələr əldə edə biləcəklərini ümid etdiyini də söyləyib.

M. Kərimov deyib ki, Azərbaycanda elmin, innovasiyanın inkişafının yol xəritəsini hazırlamaq üçün təxminən bir ay əvvəl UNESCO ilə AMEA arasında müqavilə imzalanıb. Bu müqavilə əsasında işlərin görülməsi üçün Yaponiya hökuməti 100 min avro ayırıb. Müqavilənin icrası ilə bağlı artıq gələn ilin yanvar ayında UNESCO ekspertləri Azərbaycana səfər edəcəklər. Onlar da Azərbaycanda elmin inkişafı ilə bağlı təkliflər hazırlayacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR