Bank Of Baku

BDU-da “İlin ən yaxşı tələbəsi” seçki müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO

BDU-da “İlin ən yaxşı tələbəsi” seçki müsabiqəsinin qalibləri mükafatlandırılıb - <font color=red>FOTO</font>
# 24 dekabr 2010 12:20 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Bakı Dövlət Universitetində (BDU) “İlin ən yaxşı tələbəsi” seçki müsabiqəsinin qaliblərinin mükafatlandırılması münasibəti ilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov “İlin ən yaxşı tələbəsi” adını almış tələbələri təbrik edib, onlara bu fəxri adın tələblərinə daim sadiq qalmalarını arzulayıb.

Çıxış edən BDU-nun Tələbə həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Daşqın Qənbərov “İlin ən yaxşı tələbəsi” seçki müsabiqəsinin THİK tərəfindən hər il keçirildiyini bildirib. Onun sözlərinə gör, bu mükafat tələbələr arasında tədris göstəriciləri, nümunəvi nizam-intizamı, universitetin ictimai həyatında fəallığı ilə fərqlənən, yoldaşları arasında xüsusi nüfuza malik olan tələbələrə verilir.
Sonda BDU-nun rektoru Abel Məhərrəmov “İlin ən yaxşı tələbəsi” adını almış tələbələrə fəxri diplom təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR