Bank Of Baku

Azərbaycan qanunvericiliyi genetikası modifikasiya olunmuş məhsulların nəzarətsiz dövriyyəsinə imkan yaradır

Azərbaycan qanunvericiliyi genetikası modifikasiya olunmuş məhsulların nəzarətsiz dövriyyəsinə imkan yaradır
# 24 dekabr 2010 12:57 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və UNESCO-nun Bioetika Kafedraları üzrə Beynəlxalq Şəbəkəsinin baş ofisinin birgə təşkilatçılığı ilə “UNESCO-nun Bioetika proqramının Azərbaycanda reallaşması” mövzusunda elmi simpozium keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov bildirib ki, Azərbaycan UNESCO ilə əməkdaşlığa yüksək qiymət verir. O, UNESCO-nun Azərbaycanın maddi və qeyri-maddi irsinin qorunub saxlaması istiqamətindəki təşəbbüsünü yüksək qiymətləndirib.

İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva deyib ki, sağlamlıq, tibbdə və cəmiyyətdə müdafiə hüququ əsas insan hüquqlarındandır. O qeyd edib ki, bu hüquqların hüquqi və etik əsasını cəmiyyətə “Bioetika” və “Tibbi hüquq” çatdırmalıdır.

İnsan Hüquqları İnstitutun bazasında təsis edilən UNESCO-nun Bioetika Kafedraları üzrə Beynəlxalq Şəbəkəsinin Azərbaycan bürosunun rəhbəri Vüqar Məmmədov UNESCO-nun bioetika məsələsi ilə 1970-ci ildən məşğul olmağa başladığını söyləyib. O, bir çox ölkənin genetikası modifikasiya olunmuş məhsulların idxalı ilə bağlı qanunvericiliyini dəyişdiyini və sərtləşdirdiyini diqqətə çatdırıb. V. Məmmədovun sözlərinə görə, Rusiya, Belarus, Qazaxıstan və bir neçə MDB ölkəsi genetikası modifikasiya olunmuş məhsulların dövriyyəsinə nəzarət etmək məqsədilə qanunvericiliyini yeniləşdirib. Azərbaycan, Gürcüstan, Ermənistan və daha iki Asiya ölkəsinin qanunvericiliyi isə genetikası modifikasiya olunmuş məhsulların nəzarətsiz dövriyyəsinə imkan yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR