Bank Of Baku

AMEA İnsan Hüquqları İnstitutunun direktoru: “Bizdə elmə elm üçün yox, elmi dərəcə üçün gələnlərin sayı çoxdur”

AMEA İnsan Hüquqları İnstitutunun direktoru: “Bizdə elmə elm üçün yox, elmi dərəcə üçün gələnlərin sayı çoxdur”
# 24 dekabr 2010 14:22 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. “Təəssüflər olsun ki, bizdə elmə elm üçün yox, elmi ad, dərəcə üçün gələnlərin sayı çoxdur. Plagiat işlərin müəllifləri elmi elm üçün istəyənlər deyil”. Bu açıqlamanı APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva deyib.
Rəhbərlik etdiyi institutda plagiat işlərin olmadığını deyən A. Mustafayeva bunu həm işçilərinin sayının az olması, həm də müdafiə üçün orijinal mövzuların seçilməsi ilə əlaqələndirib: “Biz dissertantları qəbul edəndə, onlara mövzu verəndə hazırda məşğul olduğumuz layihələr üzrə mövzu veririk. Bizim mövzular orijinaldır. Onlar erməniçilik, erməni terrorizmi, qlobal layihələrin təhlükəsizliyi ilə bağlıdır. Bunlar elə mövzulardır ki, onlardan plagiat etmək mümkün olmaz. Çünki bunlar bu günün mövzularıdır. Buna görə də bizim plagiatlıqla bağlı problemlərimiz yaranmır”.

A. Mustafayeva bildirib ki, institut alimlərinin tədqiqatlarının maraqlı nəticələri var: “Bu gün Azərbaycan aliminin ixtirası UNESCO-nun ensiklopediyasında yer tutub.
Ombudsman qanunvericiliyi layihəsini verənlər də bizim institutun mütəxəssisləridir.
İrəvan şəhərinin Azərbaycan şəhəri olmağı haqqında hələ necə il əvvəl rəhmətlik Erik Fablianla birgə bizim institut bu məsələni qaldırmışdı. Artıq bu məsələni alimlərimiz, siyasətçilərimiz, hörmətli prezidentimiz də səsləndirir. Bizim bütün araşdırmalarımızın hansısa nəticəsi olur. Son iki ildə yalnız erməni saxtakarlığı ilə bağlı iki kitabımız çıxıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR