Bank Of Baku

Noyabrda Azərbaycanda yeyinti sahəsi üzrə 49 obyektin fəaliyyəti dayandırılıb

Noyabrda Azərbaycanda yeyinti sahəsi üzrə 49 obyektin fəaliyyəti dayandırılıb
# 24 dekabr 2010 14:30 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Sanitariya-epidemioloji xidmət orqanları bu ilin noyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 86 müəssisənin sahibini inzibati qaydada cərimələyib. Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən APA-ya bildirib ki, 49 obyektin istismarı dayandırılıb, 20 nəfər işdən kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 928, mikrobioloji göstəricilərinə görə 959, toksikoloji göstəricilərinə görə 272, radioloji göstəricilərinə görə 37 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 21-də orqanoleptik və fiziki-kimyəvi, 7-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub. Şadlıq evlərindən götürülmüş 4431 yaxma nümunəsinin 58-də mikrobioloji çirklənmə aşkarlanıb. Müayinə olunmuş 184 soyuq qəlyanaltı nümunəsində normadan kənara çıxma aşkar edilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR