Bank Of Baku

Azərbaycan prezidenti Qobustan-Cəngiçay Dövlət Təbiət Yasaqlığının ərazisinə ilk ceyran sürüsünün buraxılması prosesini izləyib

Azərbaycan prezidenti Qobustan-Cəngiçay Dövlət Təbiət Yasaqlığının ərazisinə ilk ceyran sürüsünün buraxılması prosesini izləyib
# 24 dekabr 2010 14:50 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 24-də Qobustan-Cəngiçay Dövlət Təbiət Yasaqlığının ərazisinə ilk ceyran sürüsünün buraxılması prosesini izləyiblər. APA-nın məlumatına görə, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ceyranların tarixi məskənləri sayılan ərazilər və bu sahədə görülən işlər barədə dövlət başçısına məlumat verib.

Prezident İ. Əliyev ölkə ərazisində ceyranların yaşadıqları tarixi arealları əks etdirən stendlərə baxıb.

Dövlət başçısı Azərbaycan ərazisində ceyranların məskunlaşması və reintroduksiyası ərazilərini əks etdirən xəritəyə də baxıb. Prezident İ. Əliyev ceyranların keçmiş və indiki məskunlaşma arealları, miqrasiya dəhlizləri haqqında məlumatlarla tanış olub.

Sonra prezident və xanımı üzərində peyk vasitəsilə məlumat toplayan xüsusi siqnalötürücü xaltası olan ceyranı Cəngiçay-Qobustan yasaqlığının ərazisinə buraxıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR