Bank Of Baku

Səhiyyə Nazirliyi sabah sertifikasiya məqsədilə həkimlərin ilk müsahibəsini keçirəcək

Səhiyyə Nazirliyi sabah sertifikasiya məqsədilə həkimlərin ilk müsahibəsini keçirəcək
# 18 yanvar 2011 14:12 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiyası məqsədilə sabah üçüncü imtahan keçirəcək. Nazirlikdən APA-ya verilən məlumata görə, imtahan oftalmologiya və ümumi cərrahiyyə ixtisasları üzrə olacaq. İmtahanın nəticələri üç gün ərzində açıqlanacaq. Həkimlər imtahan nəticələrini Səhiyyə Nazirliyinin rəsmi internet saytından və Sertifikasiya Komissiyasından öyrənə biləcəklər. Növbəti imtahanlar yanvarın 26-da dematoveneralogiya və kardiologiya ixtisasları üzrə olacaq.

Nazirlikdən bildirilib ki, sabah həm də yanvarın 5-də mama-ginekologiya və terapiya ixtisasları üzrə imtahan verərək I mərhələdən keçən həkimlər müsahibədən keçəcəklər. Müsahibə Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən aparılacaq. Test imtahanının və müsahibənin nəticələri əsasında sertifikasiyadan keçən şəxslərə sertifikasiya şəhadətnaməsi veriləcək və onlar 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR