Bank Of Baku

Qəbələdə Şəhidlər xiyabanı və Şəhidlər muzeyi əsaslı təmir edilib

Qəbələdə Şəhidlər xiyabanı və Şəhidlər muzeyi əsaslı təmir edilib
# 19 yanvar 2011 09:17 (UTC +04:00)
Qəbələ-Şahnəzər Bəşirov-APA. Qəbələ şəhərindəki Şəhidlər xiyabanı və Şəhidlər muzeyi əsaslı şəkildə təmir edilib. APA-nın yerli bürosunun xəbərinə görə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan 145 Vətən övladının dəfn edildiyi xiyabanda bütün məzarların üzərinə qara mərmərdən hazırlanan baş və sinə daşları qoyulub, ətrafa tamet plitələr və süni ot örtüyü döşənib, bəzək ağacları və gül kolları əkilib. İki hektar ərazisi olan xiyabanda müasir işıqlandırma sistemi və oturacaqlar quraşdırılıb, əraziyə içməli su xətti çəkilib, bulaq kompleksi tikilib, həmişəyaşıl ağaclar əkilib, xiyabanın mühafizəsi üçün yeni daş hasar inşa edilib. Xiyabanın ərazisindəki Şəhidlər muzeyinin binası əsaslı təmir olunub, eksponatların sayı artırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR