Bank Of Baku

Bu gecə Azərbaycanın bəzi ərazilərində qar yağacaq

Bu gecə Azərbaycanın bəzi ərazilərində qar yağacaq
# 19 yanvar 2011 09:38 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, günün ikinci yarısından axşama doğru yağış yağacağı, gecəyə doğru yağışın sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında güclənəcək. Havanın temperaturu gündüz 5-7, axşam 2-4 dərəcə isti olacaq.

Yanvarın 19-dan 20-ə keçən gecə havanın yağıntılı olacağı, yağışın sulu qara keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu 0 dərəcəyə yaxın olacaq. Səhər havanın yağıntılı olacağı gözlənilir, şimal küləyi əsəcək. Havanın temperaturu 3 dərəcəyə yaxın isti olacaq. Gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu 4-6 dərəcə isti olacaq. Axşam buludlu hava şəraiti üstünlük təşkil edəcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu 1-3 dərəcə isti olacaq.

Yanvarın 21-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər yarımadanın bəzi yerlərində az çiskinli olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq.

Yanvarın 22-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 1-3, gündüz 7-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında yanvarın 20-də havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq, yağıntılar tədricən kəsiləcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Yanvarın 21-22-də hava, əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Yanvarın 21-də şimal və şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR